Quba rayonunun Digah kəndi ərazisində yabanı halda bitən çətənə kolları aşkar edilib. Bu haqda ShimalNews 21 iyun tarixində xəbər verir.
DİN Mətbuat Xidməti “Xaşxaş-2024” şərti adı altında keçirilən tədbirlərə dair məlumat verib. Bildirilib ki, polis əməkdaşları 1.5 ha torpaq sahəsində 2 ton 378 kq çəkidə 8.143 ədəd çətənə kolu aşkar ediblər. Kollar yandırma yolu ilə məhv edilib.