İsmayıllı Rayon Polis Şöbəsinə silah-sursat tapılması barədə məlumat daxil olub. Bu barədə ShimalNews 1 mart tarixində məlumat verir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti (DİN) bildirib ki, Quşencə kəndi ərazisinə baxış keçirilib. Nəticədə "Kalaşnikov” avtomatı, onun darağı və 30 ədəd patron aşkarlanaraq götürülüb.