Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Xaçmazda vətəndaşları qəbul edib. Bu haqda ShimalNews 21 iyun tarixində məlumat verir.
Xaçmaz, Quba, Qusar və Şabran rayonlarından olan sakinlərlə görüş Tarix Diyarşünaslıq Muzeyində baş tutub. Vətəndaşların müraciətləri, əsasən, işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.
Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan müraciətlərlə bağlı aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.