Quba rayon Cimi kənd tam orta məktəbinin müəllimi respublika ikincisi olub. Bu barədə ShimalNews 23 iyul tarixində “Quba Guba” səhifəsinə istinadən məlumat verir.
Cari tədris ili üzrə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin imtahanında Kamran Qaraşov yüksək nəticə göstərib. O, rus dili fənnindən 86.25 bal toplayıb.
Daha öncə Alpan kənd məktəbinin məzununun respublika birincisi olması haqda məlumat vermişdik.