Bu gün Qusardan olan şəhid Şıxmir Ağamirovun doğum günüdür. O, Vətən müharibəsi zamanı Şuşa uğrunda döyüşüb.
Şıxmir 1990-cı il aprelin 5-də Gican kəndində anadan olub. O, “Şuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Dəfn mərasimi doğma kəndində olub. Ailəli idi, qız övladı Vətənə əmanət qalıb.