Quba rayon Oktay Məmmədov adına II Nügədi kənd 1 nömrəli tam orta məktəbin şagirdləri ölkə üzrə keçirilən yarışda nəticə göstəriblər. Bu barədə ShimalNews 17 iyun tarixində məlumat verir.
Respublika fənn müsabiqəsində Məcid Quliyev və Gülay Zülfüqarova bürünc medallar qazanıblar. Quba-Xaçmaz Regional Təhsil İdarəsi bu qələbə ilə onları təbrik edib.