Şimal bölgəsində bu il üçün bağçalara uşaqların qəbulu prosesinin başlanacağı tarix bəlli olub. Bu barədə ShimalNews 25 iyul tarixində məlumat verir.
2 avqust tarixində valideynlər (qanuni nümayəndələr) www.bq.edu.az saytına daxil olaraq uşaqlarını bağçaya növbəyə yazdıra biləcək.
Beləliklə yerləşdirilmiş növbələr 1 ay müddətində boş yerlər olduğu halda sorğuya çevriləcək. Bundan sonra 15 gün ərzində uşağın sənədləri təqdim edilməlidir. Əks halda sorğu sistem tərəfindən silinəcək və növbəli şəkildə başqa uşağın qəbulu aparılacaq.
Daha öncə vətəndaşlara elektron qeydiyyatdan keçmələrinə köməklik göstərilməsi üçün yaradılar alternativ mərkəzlər barədə xəbər vermişdik.