"Azərsığorta" ASC-nin Qusar filialı ləğv edilib. Bu barədə ShimalNews 25 iyul tarixində Apa-ya istinadən məlumat verir.
Məlumata görə, qərar şirkətin idarə heyətinin 18 iyul 2022-ci il tarixli 23 saylı protokoluna əsasən verilib. Bununla bağlı iyulun 22-də idarə heyəti sədrinin müşaviri Murad Şirəliyevin adından filial rəhbərliyinə məktub göndərilib.
Məktubda Qusar və Şabran, eləcə də Şirvan, Lerik, Salyan, Saatlı, Nəsimi, Şamaxı, Qax, İsmayıllı filiallarının ləğv edilməsinə səbəb kimi göstəricilərin aşağı olması və fəaliyyətin rentabelli olmaması göstərilir.