Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Sumqayıt-Qusar və Sumqayıt-Quba şəhərlərarası müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır. Bu haqda ShimalNews 17 aprel tarixində agentliyə istinadən məlumat verir.
Müsabiqə üçün ərizələr 16 may saat 17:00-dək agentlikdə (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi, 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.
İddiaçıların təkliflərinə komissiya tərəfindən 4 Lot üzrə mayın 23-də baxılacaq. Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.