ADPU Quba filialının Elmi Şurasının növbəti iclası keçirilib. Bu barədə ShimalNews 9 iyul tarixində filiala istinadən məlumat verir.
Görüşdə 2021-2022-ci tədris ilində tələbələrin buraxılış imtahanlarının nəticələri açıqlanıb. Belə ki, yekun dövlət attestasiyasında 175 nəfər iştirak edib. Onlardan 17 nəfər əla, 158 nəfər qarışıq qiymət alıb, qeyri-kafi qiymət alan isə olmayıb. Eləcə də bu tədris ilində məzunlardan 3 nəfər “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə Fərqlənmə diplomuna layiq görülüb.
Məlumat üçün bildirilib ki, imtahan nəticələrindən narazı olan 168 tələbənin ərizələrinə Apellyasiya komissiyası tərəfindən baxılıb. Onların 50-si üzrə bal artımı olunub, 118 işdə isə heç bir dəyişiklik edilməyib.