ADPU-nun Quba filialının 320 tələbəni qəbul etmək imkanı var. Bu barədə ShimalNews 4 avqust tarixində təhsil ocağına istinadən xəbər verir.
2022/2023-cü tədris ili üçün təhsil müəssisəsində bakalavriat səviyyəsi üzrə vakant yerlərin siyahısı təqdim olunur:
I qrup üzrə:
- Riyaziyyat və informatika müəllimliyi - 50 yer;
II qrup üzrə:
- Coğrafiya müəllimliyi - 25 yer;
III qrup üzrə:
- Azərbaycan dili ədəbiyyatı müəllimliyi - 50 yer;
- İbtidai sinif müəllimliyi - 50 yer;
- Təhsildə sosial-psixoloji xidmət - 30 yer;
- Xarici dil müəllimliyi (ingilis dili üzrə) - 25 yer;
- Sosial iş - 30 yer;
- Məktəbəqədər təhsil - 30 yer;
- Tarix müəllimliyi - 30 yer.
Abituriyentlərin ixtisas seçimi 16-28 avqust tarixlərində həyata keçiriləcək.