Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutuna İsraildən qonaqlar gəlib. Bu haqda 24 may tarixində ShimalNews instituta istinadən məlumat verir.
“Ramat Negev Səhrası” Aqro Tədqiqatlar və İnnovasiyalar Mərkəzinin icraçı direktoru Lion David və baş aqronomu Yuval Kaye institutun direktoru İlham Qaraqurbanlı və elmi işlər üzrə direktor müavini Sevil Süleymanova ilə görüşüblər.
Səfərin məqsədi ilkin ümumi tanışlıq, Meyvəçilik və Çayçılıq ETİ ilə birgə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi olub.