Qusar rayonu ərazisində yaşayan 53 yaşlı kişi itkin düşüb. Bu barədə ShimalNews 1 fevral tarixində DİN-in Mətbuat Xidmətinə istinadən məlumat verir.
Feyruz Muradov 2022-ci il dekabrın 31-də evindən Bakı şəhərində işləmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.
Şəkildə gördüyünüz şəxs barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, Qusar Rayon Polis Şöbəsinə (023) 385 22 22 şəhər və ya (070) 743 33 37 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.