Şimal bölgəsində qanunsuz ağac kəsimi aparılıb. Bu haqda ShimalNews 28 noyabr tarixində Baş Prokurorluğa istinadən məlumat verir.
Araşdırmalar zamanı Xaçmaz rayonunun Palçıqoba kəndində, Qusar rayonunun Avaran-Qışlaq kəndində və İsmayıllı şəhərində sözügedən hallar təsdiqini tapıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin “qulluq mövqeyindən istifadə etməklə, xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə” maddələri ilə cinayət işləri başlanılıb.