Xaçmazın Qaracik Zeyid kəndində yerləşən transformatorlar təhlükə yaradırlar. Bu barədə ShimalNews-a 19 aprel tarixində məlumat daxil olub.
Sakinlər bildirirlər ki, kənd ərazisində 3 hasarlanmayan transformator mövcuddur. Bunlardan 2-si məscidin və yaşayış evlərinin, 1-i isə marketin yaxınlığında yerləşir. Adıçəkilən qurğularda tez-tez partlayışlar baş verir. Bu səbəbdən elektrik enerjisi ilə təchizatda fasilələr yaranır.
“Transformatorlar sovetin vaxtında quraşdırılıb. Gəlib baxan, təmir edən, hasara alan yoxdur. Biz uşaqlara görə qorxuruq. Partlayan zaman yaxınlığında olsalar, necə olacaq?” - deyə sakin bildirib.
Daha öncə digər kənddə olan qəzalı tranformatorlar haqda məlumat vermişdik.