top
Xaçmazda kənd məktəbinin təmiri məsələsi qeydiyyata alınıb
Video
29 noyabr 2025, 10:05
- +

Xaçmazda kənd məktəbinin təmiri məsələsi qeydiyyata alınıb

Bəzi ucqar kəndlərdə hələ də istifadəyə yararsız və ya qəzalı vəziyyətdə olan məktəblər mövcuddur. Belə məktəblərdən biri də Xaçmaz rayonunun Mürşüdoba kənd tam orta məktəbidir. 

1947-ci ildə cəmi iki otaqda ibtidai məktəb kimi fəaliyyətə başlayan təhsil ocağı sonradan genişləndirilib. 1960–1990-ci illərdə kənd sakinlərinin dəstəyi ilə məktəb üçün əlavə sinif otaqları tikilib. 

AZƏRTAC-ın məlumatına görə, indi təhsil ocağında 16 sinif otağı var. Burada Mürşüdoba və Sabiroba kəndlərindən olan 308 şagird təhsil alır.

Binanın qəzalı vəziyyətdə olması səbəbindən təxminən 70-ə yaxın şagird digər məktəblərə – əsasən rayon mərkəzinə üz tutmağa məcbur olub. Bu isə həm şagirdlər, həm də valideynlər üçün əlavə çətinlik yaradıb.

"Mənim 10 nəvəm bu məktəbdə təhsil alır. Bina yararsız vəziyyətdədir. Valideynlər məcbur olub uşaqları 10 kilometr aralıda yerləşən başqa məktəblərə aparırlar", – deyə kənd sakini Tofiq Aslanov söyləyib.

Mürşüdoba sakini Elvin Ağayev bildirir ki, məktəbdə tədrisin səviyyəsindən razı olsa da, binanın qəzalı vəziyyəti valideynləri ciddi narahat edir: "Şəraitsizlikdən uşaqlar başqa məktəblərə yönləndirilir. Bu bina yararsızdır. Yeni məktəbin inşasına ehtiyac var".

Məktəbin binasında cari təmir işləri aparılsa da, heç vaxt əsaslı təmir edilməyib. Dam örtüyü bir dəfə dəyişdirilib, lakin indi yenidən yararsız vəziyyətə düşüb.

Məsələ ilə bağlı Quba–Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib ki, binanın əsaslı təmiri və ya yenidən tikintisi ilə bağlı məsələ qeydiyyata alınıb. 

Son xəbərlər

Kommunal
Bu gün, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Bu gün, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Bu gün, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Bu gün, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Bu gün, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Bu gün, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Bu gün, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Bu gün, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Bu gün, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Bu gün, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Bu gün, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Bu gün, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Bu gün, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Bu gün, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Bu gün, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
Dünən, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
Dünən, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
Dünən, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
Dünən, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
Dünən, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
Dünən, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
Dünən, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
Dünən, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
Dünən, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər