Xaçmaz rayonunda bəzi elektrik transformatorları ətrafa təhlükə saçır. Bu barədə ShimalNews-a 27 mart tarixində məlumat daxil olub.

Sakinlər bildiriblər ki, Çarxı kəndində 2 hasarlanmayan transformator mövcuddur. Eləcə də Xaçmaz şəhərinin Xurşidbanu Natəvan küçəsində oxşar hal yaşanır. Üstəlik qurğunun metal konstruksiyası yararsız hala düşüb.

Bütün bunlar yaxınlıqda yaşayan sakinləri təhlükəsizlik baxımından narahat edir.

Photo Shimal.News