Xaçmazın küçələrin birində antisanitar vəziyyət yaşanır. Bu barədə ShimalNews-a 28 fevral tarixində məlumat daxil olub.
Sakinlərin sözlərinə görə, Bakı prospekti ilə Tofik Quliyev küçəsinin kəsişməsində olan tullantı qabları gec-gec təmizlənir. Bu səbəbdən zibil ətrafa səpələnir.
Daha öncə Hacıəlibəy kəndində uzun müddət toplanan və aparılmayan məişət tullantıları haqqında məlumat vermişdik.