Xaçmazın Hacıəlibəy kəndində məişət tullantıları yol kənarına atılır. Bu barədə 21 yanvar tarixində ShimalNews-a məlumat daxil olub.

Tullantıların çox olması səbəbindən Xaçmaz-Quba yolunun bir hissəsində antisanitar vəziyyət yaranıb.

“Zibillər bura uzun müddətdir toplanılır. Arada bəzi sakinlər od vuraraq zibilləri yandırırlar. Yağış yağdıqca vəziyyət lap pisləşir. Yolda palçıq, yolun kənarında zibillik. Bilmirsən, necə gedəsən”, – deyə sakinlərdən biri bildirib.