Şimal bölgəsində internet təminatında fasilələr yaranıb. Bu barədə ShimalNews 18 aprel tarixində məlumat verir.
Şimal rayonlarının, Sumqayıt və Abşeronun sakinləri bildiriblər ki, bu hal onların evlərində gecə saatlarından başlayıb. Hazırda çətinliklər davam edir. Hətta “Azercell” mobil operatorlarında nasazlıq var.
Əldə edilən məlumata görə, artıq təmir işləri icra olunur. Bitmə tarixi hələ ki məlum deyil.