Qubada 10 gün ərzində zədəli borudan çıxan içməli su küçəyə axır. Bu barədə ShimalNews 4 oktyabr tarixində məlumat verir.
“Gecə-gündüz su asfaltın altından çıxaraq küçəyə axır”, - deyə sakinlərdən biri bildirib.
Bu hal Vidadi küçəsində qeydə alınıb. Burada yaşayanlar “Azərsu” ASC-yə müraciət etdiklərini bildiriblər. Lakin hələ ki təmir işlərinə başlanılmayıb.
Daha öncə analoji vəziyyətin Qələbə küçəsində müşahidə olunduğu haqda məlumat dərc etmişdik.