Qubada 2 həftə ərzində zədəli borudan çıxan su küçəyə axır. Bu barədə ShimalNews 3 oktyabr tarixində məlumat verir.

Bu hal Qələbə küçəsində qeydə alınıb. Sakinlər bildirirlər ki, onlar “Azərsu” ASC-yə müraciət ediblər. İdarədən bildirilib ki, məsələ həll ediləcək. Lakin uzun müddətdir ki, təmir işləri aparılmır.