Quba rayonunda su borusu partlayıb. Bu haqda ShimalNews-a 8 aprel tarixində məlumat daxil olub.
Kommunal qəza Timiryazev qəsəbəsində, 14 saylı Körpələr Evi - Uşaq Bağçasının qarşısında baş verib. Sakinlərin sözlərinə görə, artıq 10 gündən çoxdur ki, bu ərazidə işməli su küçəyə axır.
Vətəndaşlar müvafiq quruma müraciət etsələr də, məsələ hələ həllini tapmayıb.