Qubada partlamış su borusu təmir edilib. Bu haqda 11 aprel tarixində Shimal.news xəbər verir.
Söhbət Timiryazev qəsəbəsində baş vermiş kommunal qəzadan gedir. İki həftəyə yaxın davam edən bu halın qarşısını “Azərsu” ASC əməkdaşları alıb. Təmir edilən ərazi hazırda lentlə bağlanılıb.
Daha öncə sözügedən su xəttinin zədəli olması haqda məlumat vermişdik.