Azərbaycanda çipsi və şirinləşdirilmiş mineral, qazlı içkilər aksizli malların siyahısına daxil ediləcək.
Bununla bağlı Vergi Məcəlləsinə təklif olunan dəyişiklik Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, yerli istehsal olunan çipsinin hər kiloqramına görə 1 manat, şirinləşdirilmiş mineral və qazlı içkilərin isə hər litrinə görə 10 qəpik aksiz vergisi tətbiq olunması təklif edilir.
Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.