Qubada "Şimal-şərqi Azərbaycanda erkən şəhər mədəniyyəti: yeni tapıntılar kontekstində" mövzusunda elmi seminar təşkil ediləcək.
Shimal.News xəbər verir ki, tədbirdə Şimal-şərqi Azərbaycanın qədim şəhər tarixini əks etdirən arxeoloji tapıntılar müzakirə olunacaq.
Seminar Azərbaycan Respublikası Prezidentinin 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi haqqında Sərəncamına uyğun olaraq keçiriləcək.
Tədbirin təşkilatçıları Milli Azərbaycan Tarixi Muzeyi, Quba şəhərindəki Soyqırımı Memorial Kompleksi, Çıraqqala-Şabran Dövlət Tarix-Mədəniyyət Qoruğu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialıdır.
Seminarda bölgənin erkən şəhər mədəniyyəti, arxeoloji tədqiqatların nəticələri və yeni aşkar edilmiş maddi-mədəniyyət nümunələri ətrafında elmi müzakirələr aparılacaq. Mənbə: Azərtac