top
Qubada şagirdi avtomobil vurdu, vəziyyəti ağırdır
30 sentyabr 2026, 15:38
- ↺ +

Qubada şagirdi avtomobil vurdu, vəziyyəti ağırdır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba-Xaçmaz avtomobil yolunun Quba rayonunun Bəhrəli (Timiryazev) kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Shimal.News-un əldə etdiyi məlumata görə, yolu keçmək istəyən məktəbli "Opel" markalı avtomobilin vurması nəticəsində xəsarət alıb.

Məlumata görə, hadisə bu gün saat 12:00 radələrində qeydə alınıb. Qəzada 2013-cü il təvəllüdlü, Alekseyevka kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Gülay Şöhrət qızı Pirmuradova zərər çəkib. O, evdən çıxıb dərsə getdiyi zaman qəzaya uğrayıb.

Qəzadan sonra sürücü məktəblini Quba Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırıb. Şagird dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin çox ağır olduğu bildirilir. Ilkin məlumata görə, uşaqda kəllə-beyin travması və beyin toxumasında zədələnmə müşahidə edilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər. Faktla bağlı araşdırma aparılır.

Qəza ilə bağlı Shimal.News-un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, 30.09.2026-cı il tarixində saat 12:20 radələrində  2013-cü il təvəllüdlü şəxs (qadın) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Ona açıq kəllə-beyin travması, baş-beynin əzilməsi, döş qəfəsinin kontuziyası, qarın boşluğunun küt travması diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyəti ağır qiymətləndirilən pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir".

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 16-cı günü – XRONİKA

Cəmiyyət
Dünən, 00:20

Altı il əvvəl Gəncə 4-cü dəfə raket atəşinə tutuldu

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 15-ci günü – XRONİKA

Cəmiyyət
10 oktyabr 2026, 17:29

Qusarlı 637 bal toplayan Lera Safiyevanın seçimi – MÜSAHİBƏ

İdman
10 oktyabr 2026, 16:33

Qəbələdən start götürən III Beynəlxalq Xankəndi Ultramarafonu yekunlaşdı

Cəmiyyət
10 oktyabr 2026, 15:49

Xudatın su təminatı narazılıq yaradır

Cəmiyyət
10 oktyabr 2026, 14:56

Şimalda qar yağıb

Cəmiyyət
10 oktyabr 2026, 13:31

Qubada şəhidlərin xatirəsinə bulaq inşa edilib

Faydalı
10 oktyabr 2026, 11:19

Quba, Şəki, Zaqatala və Balakən məhkəmələrinə yeni hakimlər təyin edilib

İdman
10 oktyabr 2026, 10:40

Film kimi: Qusarlı cüdoçu atanın rəqibi oğlunun müəllimi oldu

Hadisə
10 oktyabr 2026, 10:30

Zaqatalada "VAZ 2106" elektrik dirəyinə çırpılıb

Cəmiyyət
10 oktyabr 2026, 09:37

Qəbələnin girişində zibillər yenə qalaqlandı: Eyni problem, eyni mənzərə

Cəmiyyət
10 oktyabr 2026, 00:01

Vətən müharibəsinin 14-cü günü – XRONİKA

Cəmiyyət
09 oktyabr 2026, 18:10

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Hadisə
09 oktyabr 2026, 17:43

Qubada kişi geyiminə görə arvadını BOĞDU

Hadisə
09 oktyabr 2026, 17:30

Xaçmazda yağış əvəzinə mərmər bağacığı "yağır"

Hadisə
09 oktyabr 2026, 16:51

Şimali Kiprdə saxlanılan şimallıların həbs müddəti uzadıldı

Hadisə
09 oktyabr 2026, 16:33

Şəkidə avtomobil yandı

Cəmiyyət
09 oktyabr 2026, 16:25

Məktəblərdə geyim formalarına dair MONİTORİNQLƏR KEÇİRİLƏCƏK

Hadisə
09 oktyabr 2026, 15:30

İsmayıllılı qazi vəfat edib

Cəmiyyət
09 oktyabr 2026, 14:46

Bu yolda sürətin azaldılması üçün tədbirlər görüb

Cəmiyyət
09 oktyabr 2026, 13:59

Şabran RİH-də 5 kadr təyinatı olub

İdman
09 oktyabr 2026, 13:22

"Şahdağ Qusar"ın azarkeşləri üçün Bakıya avtobus ayrılıb

Hadisə
09 oktyabr 2026, 12:21

Ağsuda 4 hektara yaxın meşəlik ərazi yanıb

Oxşar xəbərlər