Qubada ağacdan yıxılma ilə bağlı daha bir ölüm hadisəsi baş verib.
Rayonun Əski İqriq kənd sakini, 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılaraq xəsarət alıb.
70 yaşlı kişi xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, ötən gün rayonun Rustov kəndində də oxşar hadisə baş verib. 1963-cü il təvəllüdlü İ.Mustafayev yaşadığı evin həyətində qoz ağacından yıxılaraq ölüb.