top
Xaçmazda gilas üstündə qonşusunu döyən qadınla bağlı qərar verildi
22 yanvar 2026, 16:29
- ↺ +

Xaçmazda gilas üstündə qonşusunu döyən qadınla bağlı qərar verildi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ali Məhkəmədə qəsdən sağlamlığa yüngül zərər vurmaqda təqsirləndirilən Tutu Kərimova (adı, soyadı şərtidir) barəsindəki qərardan verilmiş kassasiya şikayətinə baxılıb.

Pravda.az-ın məlumatına görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən iclasda kassasiya şikayəti təmin edilməyib.

İş materiallarına əsasən, hadisə 10 iyun 2023-cü il  saat 11 radələrində Xaçmaz rayonu ərazisində baş verib. Belə ki, Tutu Kərimova zərərçəkmiş D.D.-nin istifadəsində olan mübahisəli bağ sahəsinə gələrək gilas yığıb. Zərərçəkmiş onun bu hərəkətinə mane olub və üzərinə su sıçradıb. Bundan sonra Tutu Kərimova hadisə yerindən götürdüyü kərpiclə D.D.-nin sol ayağına zərbə vurub, əli ilə isə boyun və sağ qol nahiyələrinə xəsarətlər yetirib. Nəticədə zərərçəkmişə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər yetirilib.

Bundan başqa, 8 avqust 2023-cü il tarixdə eyni ərazidə Tutu Kərimova zərərçəkmiş S.S.-ə qarşı zorakılıq edib. İttihama görə, o, S.S.-in əvvəlki hadisə ilə bağlı polisə şahid qismində ifadə verməsini bəhanə edib. Belə ki, Tutu Kərimova onu yerə yıxaraq müxtəlif nahiyələrinə zərbələr endirib və nəticədə S.S.-ə də sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər yetirilib.

Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə Tutu Kərimova 7 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Hökm apellyasiya qaydasında mübahisələndirilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə 10 iyun 2023-cü il tarixli hadisə üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün ona cəza təyin edilməyib. S.S.-ə qarşı törədilmiş əməl üzrə isə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Həmin qərardan verilmiş kassasiya şikayətləri Ali Məhkəmə tərəfindən təmin edilməyib.

Son xəbərlər

İdman
Bu gün, 13:03

Balakəndə futbol üçün yeni nəfəs - klub stadionu yeniləyir

İqtisadiyyat
Bu gün, 12:22

Şabalıdın məhsuldarlığı azalıb

Cəmiyyət
Bu gün, 11:42

Qusarlı Vətən müharibəsi iştirakçısı dövlət dəstəyi ilə öz biznesini qurdu

İdman
Bu gün, 11:10

Xaçmazlı idmançı qadın ABŞ-də dünya rekordunu qırdı - FOTO

Hadisə
Bu gün, 10:45

Oğuzda meşəlik ərazidə yanmış kişi meyiti aşkarlanıb

Cəmiyyət
Bu gün, 10:22

Şamaxıda dəmirçinin çəkici səsi niyə susur? – Qədim sənət yox olmaq üzrə

Hadisə
Bu gün, 09:30

Şəkidə avtomobil dərəyə aşdı: 1 ölü, 3 yaralı

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
31 oktyabr 2026, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
31 oktyabr 2026, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
31 oktyabr 2026, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
31 oktyabr 2026, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
31 oktyabr 2026, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
31 oktyabr 2026, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
31 oktyabr 2026, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
31 oktyabr 2026, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
31 oktyabr 2026, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
31 oktyabr 2026, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
31 oktyabr 2026, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
31 oktyabr 2026, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
31 oktyabr 2026, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
31 oktyabr 2026, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
31 oktyabr 2026, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Oxşar xəbərlər