top
Xaçmazda dam söküldü, mənzil su altında qaldı -Allahın işidir deyib məsuliyyətdən yayındılar
Video
03 oktyabr 2026, 17:00
- ↺ +

Xaçmazda dam söküldü, mənzil su altında qaldı -"Allahın işidir" deyib məsuliyyətdən yayındılar

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xaçmaz şəhərinin Nəriman Nərimanov küçəsi, 80 saylı çoxmənzilli binada dam örtüyünün yenilənməsi ilə bağlı aparılan işlər sakinlərdən birinin mənzilində problemə səbəb olub.

Shimal.News-a danışan sakin bildirib ki, dam örtüyü söküldükdən sonra binanın üzəri müvəqqəti olaraq köhnə materiallarla örtülüb. Yağan yağış nəticəsində isə su dam örtüyündən keçərək mənzilə dolub.

Onun sözlərinə görə, yağış suları mənzilin tavanından və işıqlandırma hissəsindən axaraq evə yayılıb. Sakin bu vəziyyətin həm mənzilə, həm də evdəki əşyalara zərər vurduğunu bildirib.

Sakin iddia edir ki, yaranmış vəziyyətlə bağlı damın yenilənməsi işlərini həyata keçirən şəxslə əlaqə saxlayıb. Onun sözlərinə görə, şikayətinə cavab olaraq yağışın yağması əsas gətirilib və məsul şəxs problemi aradan qaldırmaq əvəzinə "Allahın işidir" deyib.

Sakin hesab edir ki, dam örtüyünün yenilənməsi zamanı mənzillərin yağış sularından qorunması təmin edilməli idi. O, işlərin düzgün aparılmaması səbəbindən yağış zamanı evinin içərisinə su dolduğunu və nəticədə özü üçün əlavə problem yarandığını deyir.

Qeyd edək ki, Xaçmaz şəhər inzibati ərazi dairəsi (İƏD) bir neçə gün əvvəl şəhərin Rəsulbəyov, Nəriman Nərimanov və Nəsimi küçələrində yerləşən çoxmənzilli yaşayış binalarında əsaslı təmir və abadlıq işlərinin mərhələli şəkildə davam etdirildiyini açıqlayıb.

Beləliklə, dam örtüyünün yenilənməsinə hazırlıq işləri aparılan 80 saylı binada yağışlı hava zamanı sakinlərdən birinin mənzilinə su dolur.

Məsələ ilə bağlı aidiyyəti qurumlarla əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 16-cı günü – XRONİKA

Cəmiyyət
Dünən, 00:20

Altı il əvvəl Gəncə 4-cü dəfə raket atəşinə tutuldu

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 15-ci günü – XRONİKA

Cəmiyyət
10 oktyabr 2026, 17:29

Qusarlı 637 bal toplayan Lera Safiyevanın seçimi – MÜSAHİBƏ

İdman
10 oktyabr 2026, 16:33

Qəbələdən start götürən III Beynəlxalq Xankəndi Ultramarafonu yekunlaşdı

Cəmiyyət
10 oktyabr 2026, 15:49

Xudatın su təminatı narazılıq yaradır

Cəmiyyət
10 oktyabr 2026, 14:56

Şimalda qar yağıb

Cəmiyyət
10 oktyabr 2026, 13:31

Qubada şəhidlərin xatirəsinə bulaq inşa edilib

Faydalı
10 oktyabr 2026, 11:19

Quba, Şəki, Zaqatala və Balakən məhkəmələrinə yeni hakimlər təyin edilib

İdman
10 oktyabr 2026, 10:40

Film kimi: Qusarlı cüdoçu atanın rəqibi oğlunun müəllimi oldu

Hadisə
10 oktyabr 2026, 10:30

Zaqatalada "VAZ 2106" elektrik dirəyinə çırpılıb

Cəmiyyət
10 oktyabr 2026, 09:37

Qəbələnin girişində zibillər yenə qalaqlandı: Eyni problem, eyni mənzərə

Cəmiyyət
10 oktyabr 2026, 00:01

Vətən müharibəsinin 14-cü günü – XRONİKA

Cəmiyyət
09 oktyabr 2026, 18:10

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Hadisə
09 oktyabr 2026, 17:43

Qubada kişi geyiminə görə arvadını BOĞDU

Hadisə
09 oktyabr 2026, 17:30

Xaçmazda yağış əvəzinə mərmər bağacığı "yağır"

Hadisə
09 oktyabr 2026, 16:51

Şimali Kiprdə saxlanılan şimallıların həbs müddəti uzadıldı

Hadisə
09 oktyabr 2026, 16:33

Şəkidə avtomobil yandı

Cəmiyyət
09 oktyabr 2026, 16:25

Məktəblərdə geyim formalarına dair MONİTORİNQLƏR KEÇİRİLƏCƏK

Hadisə
09 oktyabr 2026, 15:30

İsmayıllılı qazi vəfat edib

Cəmiyyət
09 oktyabr 2026, 14:46

Bu yolda sürətin azaldılması üçün tədbirlər görüb

Cəmiyyət
09 oktyabr 2026, 13:59

Şabran RİH-də 5 kadr təyinatı olub

İdman
09 oktyabr 2026, 13:22

"Şahdağ Qusar"ın azarkeşləri üçün Bakıya avtobus ayrılıb

Hadisə
09 oktyabr 2026, 12:21

Ağsuda 4 hektara yaxın meşəlik ərazi yanıb

Oxşar xəbərlər