top
Toyda dava: Sərxoşların mübahisəsi ağır nəticələndi
30 yanvar 2026, 12:07
- ↺ +

Toyda dava: Sərxoşların mübahisəsi ağır nəticələndi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Balakən rayonunda 1992-ci il təvəllüdlü Siyavuş toy məclisindən sonra şadlıq sarayının həyətində həmkəndlisi Elbəyə (adlar şərtidir – red.) xəsarət yetirib.

Demokrat.az-ın məlumatına görə, hadisə 2024-cü il oktyabrın 1-də rayonun Kortala kəndində yerləşən "Ruslan" şadlıq sarayının həyətində baş verib.

Məlumata görə, gecə saat 23 radələrində sərxoş vəziyyətdə olan Siyavuş şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Elbəyin baş nahiyəsinin sol tərəfinə yumruqla zərbə endirib və ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Siyavuş Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub. O, ifadəsində dövlət qurumlarından birində nəzarətçi köməkçisi işlədiyini bildirib və hadisə zamanı Elbəyin onu təhqir etdiyini, buna görə də bir yumruq vurduğunu etiraf edib:

"Qohumum Elmanın toyunda spirtli içki qəbul etdim. Həmin vaxt həmkəndlim Elbəy sərxoş vəziyyətdə masama yaxınlaşdı, amma ona fikir vermədim. Təxminən saat 23 radələrində evə getmək üçün həyətə çıxdım. Elbəy həyətdə mənə tərəf gəldi və əl-qol hərəkətləri ilə danışmağa başladı. Saymazlıq etməsinin səbəbini soruşaraq onu itələdim və ürək ritmimi tənzimləyən cihazımın olduğunu bildirərək Elbəyi kənara çəkdim. Bu zaman o ünvanıma nalayiq ifadələr işlətdi, mən buna əhəmiyyət verməsəm də, o bir daha təhqir edəndə geri qayıdaraq onun baş nahiyəsinə bir yumruq vurdum və nəticədə o yerə yıxıldı. Daha sonra hadisə yerini tərk etdim. Özümü təqsirli bilirəm", - deyə Siyavuş törətdiyi əməldən peşman olduğunu qeyd edib.

Balakən Rayon Məhkəməsinin hökmü ilə Siyavuş 2 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub. Məhkəmə zalında həbs edilən şəxsin cəzaçəkmə müddətinin 2025-ci il mayın 15-dən hesablanması qərara alınıb.

Hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib. Şəki Apellyasiya Məhkəməsi azadlıqdan məhrumetmə cəzasının ev həbsi ilə əvəz olunması barədə vəsatəti rədd edib.

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 12:22

Şabalıdın məhsuldarlığı azalıb

Cəmiyyət
Bu gün, 11:42

Qusarlı Vətən müharibəsi iştirakçısı dövlət dəstəyi ilə öz biznesini qurdu

İdman
Bu gün, 11:10

Xaçmazlı idmançı qadın ABŞ-də dünya rekordunu qırdı - FOTO

Hadisə
Bu gün, 10:45

Oğuzda meşəlik ərazidə yanmış kişi meyiti aşkarlanıb

Cəmiyyət
Bu gün, 10:22

Şamaxıda dəmirçinin çəkici səsi niyə susur? – Qədim sənət yox olmaq üzrə

Hadisə
Bu gün, 09:30

Şəkidə avtomobil dərəyə aşdı: 1 ölü, 3 yaralı

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
31 oktyabr 2026, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
31 oktyabr 2026, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
31 oktyabr 2026, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
31 oktyabr 2026, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
31 oktyabr 2026, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
31 oktyabr 2026, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
31 oktyabr 2026, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
31 oktyabr 2026, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
31 oktyabr 2026, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
31 oktyabr 2026, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
31 oktyabr 2026, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
31 oktyabr 2026, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
31 oktyabr 2026, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
31 oktyabr 2026, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
31 oktyabr 2026, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
31 oktyabr 2026, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

Oxşar xəbərlər