Siyəzən Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən şəxslərə qarşı profilaktik tədbir keçirilib.
Shimal.News xəbər verir ki, tədbir zamanı rayon ərazisində avtoxuliqanlıq edən C. Ağayev və C. Rəşidov saxlanılıblar. Sürücülər barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə hər iki şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılıb. Onlar barəsində, həmçinin müvafiq olaraq inzibati həbs və digər inzibati tənbeh tədbirləri tətbiq edilib.