Quba rayonunun Cağacıq kəndində avtomobil yolunun işıqlandırılmaması sakinlərin narazılığına səbəb olub.
Shimal.News-a müraciət edən kənd sakinlərinin sözlərinə görə, rayonun bir çox kəndində yol kənarlarına işıqlandırma dirəkləri quraşdırılsa da, Cağacıq kəndi bu işlərdən kənarda qalıb.
Sakinlər bildirirlər ki, axşam saatlarında yolun qaranlıq olması sürücülər üçün təhlükəli vəziyyət yaradır. Onların sözlərinə görə, ərazidə işıqlandırmanın olmaması avtomobillərin hərəkətini çətinləşdirir və qəza riskini artırır.
Kənd sakinləri aidiyyəti qurumlardan Cağacıq kəndində də yol kənarlarının işıqlandırılması məsələsinə diqqət yetirilməsini xahiş edirlər.