Xızı rayonunun Tıxlı kəndində yol-nəqliyyat hadisəsi baş verib.
16 yaşlı yeniyetmə atasına məxsus avtomobili gizlicə götürərək idarə edib. Lakin o, idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb.
Hadisə zamanı avtomobildə 10 və 12 yaşlı iki qonşu uşağı da olub.
Qəza nəticəsində 16 yaşlı yeniyetmə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Bizim.Media