top
Qalada xəzinə axtaran şəxslər barəsində cinayət işi açılıb
Foto
22 yanvar 2026, 14:10
- ↺ +

Qalada xəzinə axtaran şəxslər barəsində cinayət işi açılıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2023-cü ilin noyabr ayında İsmayıllının Lahıc və Basqal qəsəbələri arasında yerləşən, IX–XII əsrlərə aid Niyal qalası abidəsinin Qərb bürcü ərazisində qanunsuz qazıntı işlərinin aparıldığı aşkarlanıb.

Shimal.News xəbər verir ki, faktla bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən ərazinin mühafizəsi məqsədilə nəzarət tədbirləri gücləndirilib.

2025-ci ilin fevral–mart aylarında həmin ərazidə yenidən qanunsuz qazıntı aparıldığı müəyyən edilib. Aidiyyəti qurumlara məlumat verildikdən sonra qanunsuz əməli törədən şəxslər hadisə yerində saxlanılıblar.

Araşdırmalar zamanı məlum olub ki, Şahmalıyev Namiq Kamil oğlu və Novruzov Sabit Sədi oğlu qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, tamah niyyəti ilə xəzinə axtarmaq məqsədilə Niyal qalasının Qərb bürcünün hasarı boyunca qanunsuz qazıntı işləri aparıblar. Nəticədə qalanın ön hissəsindən 5,38 metr, arxa hissəsindən isə 2 metr uzunluğunda divar uçurularaq qalaya və onun müşahidə məntəqəsinə qəsdən ciddi zərər vurulub.

Faktla bağlı 11 mart 2025-ci il tarixində Baş Prokurorluq tərəfindən təqsirləndirilən şəxslər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 246-cı maddəsi ilə cinayət işi başlanılıb. İbtidai istintaq tamamlanaraq iş 1 avqust 2025-ci ildə baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.

Hazırda cinayət işi üzrə məhkəmə istintaqı davam edir.

Qeyd edək ki, Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasına əsasən, təqsirləndirilən şəxslər iki ilədək müddətə azadlıqdan məhrum edilə bilərlər.






Son xəbərlər

İdman
Bu gün, 13:03

Balakəndə futbol üçün yeni nəfəs - klub stadionu yeniləyir

İqtisadiyyat
Bu gün, 12:22

Şabalıdın məhsuldarlığı azalıb

Cəmiyyət
Bu gün, 11:42

Qusarlı Vətən müharibəsi iştirakçısı dövlət dəstəyi ilə öz biznesini qurdu

İdman
Bu gün, 11:10

Xaçmazlı idmançı qadın ABŞ-də dünya rekordunu qırdı - FOTO

Hadisə
Bu gün, 10:45

Oğuzda meşəlik ərazidə yanmış kişi meyiti aşkarlanıb

Cəmiyyət
Bu gün, 10:22

Şamaxıda dəmirçinin çəkici səsi niyə susur? – Qədim sənət yox olmaq üzrə

Hadisə
Bu gün, 09:30

Şəkidə avtomobil dərəyə aşdı: 1 ölü, 3 yaralı

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
31 oktyabr 2026, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
31 oktyabr 2026, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
31 oktyabr 2026, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
31 oktyabr 2026, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
31 oktyabr 2026, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
31 oktyabr 2026, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
31 oktyabr 2026, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
31 oktyabr 2026, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
31 oktyabr 2026, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
31 oktyabr 2026, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
31 oktyabr 2026, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
31 oktyabr 2026, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
31 oktyabr 2026, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
31 oktyabr 2026, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
31 oktyabr 2026, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Oxşar xəbərlər