Ağsu rayonunda ilan sancması hadisəsi qeydə alınıb.
Hadisə rayonun Səfərli kəndində baş verib.
Kənd sakini, 58 yaşlı Səfər Paşayev həyətyanı sahədə olarkən onu ilan sancıb. O, təcili olaraq Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda zərərçəkənin vəziyyətinin orta-ağır olduğu bildirilir.
Mənbə: Lent.аz