top
Şəkinin unudulan məbədləri - FOTO
29 noyabr 2024, 15:15
- +

Şəkinin unudulan məbədləri - FOTO

Qafqaz Albaniyasına məxsus dini məbədlərin bir qismi Azərbaycanın şimal-qərb rayonlarında yerləşir. Bu rayonlardan biri olan Şəkinin alban irsi kontekstində önəmi olduqca böyükdür.

VI əsrdə Albaniya 7 yepiskopluqdan ibarət olub ki, onlardan biri də Şəkidə yerləşib. Populyar turizm istiqamətlərindən biri olan Kiş kəndindəki xristian məbədi Şəkinin alban irsini əks etdirən tarixinin əsas simvolu olsa da, rayon ərazisində yerləşən və bu qəbildən olan yeganə dini obyekt deyil.

Alban məbədləri əksər hallarda dağ ətəklərində inşa olunub. Günümüzə gəlib çatmış, yarıuçuq və ya tam aşınmış vəziyyətdə olan bu məbədlərin bir çoxu hazırda dağlıq kəndlərimizin ucqar nöqtələrində yerləşir.

Şəkinin əksər dağ kəndlərində rast gəlinən bu məbədlərin tədqiq edilməsinə, yaxud ən azı konservasiyasına ciddi ehtiyac var. Bu məbədlər illər boyu baxımsızlıq səbəbindən aşınıblar, indi isə etinadsızlıq və məlumatsızlıq səbəbindən göz önündə məhv olurlar. İnsanlarımızın əksəriyyəti tarixi irsimizin nümunələri barədə olduqca az məlumatlıdırlar. Bu baxımdan onların qorunması turizm baxımından populyar istiqamətə çevrilmə potensialı ilə yanaşı, maarifləndirmə işinə də təkan verə bilər.

Şəkinin Oğuzla bitişik kəndlərinin əksəriyyətində alban məbədlərinə rast gəlmək mümkündür. Baş Küngüt kəndindəki məbəd əhalinin evləri ilə qonşuluqda yerləşir. Böyük hissəsi uçurulub. Yerli sakinlərin dediyinə görə, sovetlərin son dönəmində burada artefakt axtarışı məqsədi ilə qazıntı işləri də aparılıb. Məbədin ətrafı qədim məzarlarla boldur. Onlardan bəzilərinin sinə daşlarını qazıntı işləri aparmadan da görmək olar. Üzərlərində hər hansı yazı yoxdur.

Ümumiyyətlə, Qarabağda və müasir Ermənistanla həmsərhəd ərazilərdə yerləşən alban kilsələrindən fərqli olaraq şimal-qərb bölgəsindəki məbədlərin üzərində yazı, yaxud xaç işarələrinə rast gəlinmir. Bu da onu göstərir ki, Qarabağdakı məbədlərin ilkin arxitekturasına sonradan ermənilər tərəfindən müdaxilə edilib. İşğaldan azad edilmiş torpaqlarımızdakı qədim məbədlərin divarlarında bu müdaxilə aşkar hiss olunur.

Şəkinin digər kəndi – Orta Zəyziddə iki alban məbədi var. Relyefcə nisbətən aşağı ərazidə olan məbəd kənddən baxanda görünsə də, əhalinin az baş çəkdiyi səmtdə yerləşir. Məbədə doğru yol barədə məlumat öyrənmək istədikdə əksər hallarda bu cavabı almaq olar: orada iki daş parçası qalıb, görməli nə var ki? Həqiqətən də, kənddən baxanda məbədin sanki divarlarından iki parçasının qaldığı təəssüratı yaranır. Ancaq məbədin özündə olanda onun əsas hissəsinin illərin aşınmasına tab gətirdiyi görünür.

Kəndin aşağı hissəsindəki məbəddən fərqli olaraq ən ucqar hissəsində, meşə ilə qonşuluqda yerləşən alban irsi nümunəsinin divarında Mədəniyyət Nazirliyinin invertarları siyahısında olması barədə lövhə var. Ancaq bu məbəd də digərləri kimi qorunmaq üçün nə əhatəyə alınıb, nə də konservasiyası üçün hər hansı tədbir görülüb.

Şəkinin Qax istiqamətində olan kəndlərindən biri – Baş Göynükdən yuxarıdakı meşəlikdə qalıqları olan başqa bir məbədin konservasiyasından isə ümumiyyətlə, danışmağa dəyməz. Məbəddən zamanımıza yadigar qalan yalnız onun divarlarından olan hissələrdir. İlk vizual müşahidə zamanı bu daş parçalarının dini obyektə məxsus olması belə şübhə doğurur. Ancaq tikili meşənin elə bir yerindədir ki, onun hər hansı qala, yaxud hərbi məqsədli olması istisna edilir. Bu məbədlərin demək olar hamısı vaxtilə eyni relyefdə - yarıyüksəklikdə, meşədə, gözdən uzaq yerdə inşa edilib.

Baş Göynüyün sakinlərinin sözlərinə görə, xatırladıqları son 30-40 il ərzində məbəd bu vəziyyətdə olub. Bir qədər aşağıda yay aylarında açıq hava altında yeməkxana tipli obyekt fəaliyyət göstərir. Görünür, bu da məbədin dövrümüzə gəlib çatmış qalıqları üzərində müxtəlif boyalarla ad və inisialların yazılmasının başlıca səbəbidir. Yəni keçmişimizə əvvəl necə etinasız olmuşuqsa, indi də eləyik.

Görəsən, niyə tariximizdən dərs ala bilmirik?
Şəkinin unudulan məbədləri

Rüstəm Qaraxanlı

Son xəbərlər

Cəmiyyət
Dünən, 17:40

Quba sanatoriyasında oğurluq iddiaları: Qonaqlar niyə istirahəti yarımçıq qoyur?

Kriminal
Dünən, 17:06

Ər arvadını bıçaqladı, sonra özünü öldürdü

Hadisə
Dünən, 16:01

Qubalı gənclərin dəniz faciəsi: 4 dostdan biri həyatını itirdi

Cəmiyyət
Dünən, 15:31

Balakəndə 4 min arı ailəsi təhlükədə

Cəmiyyət
Dünən, 14:02

Qubanın iki kəndində qaz olmayacaq

Hadisə
Dünən, 13:30

Qubada avtomobil aşdı: Yaralananlar var

Hadisə
Dünən, 12:48

20-ci mərtəbədən yıxılan Şabran sakini öldü

Hadisə
Dünən, 11:54

Balakənin sabiq gömrük rəisinə cinayət işi açıldı

İqtisadiyyat
Dünən, 11:02

Balakəndə ekoloji təmiz enerji istehsalı davam edir

Hadisə
Dünən, 10:15

Siyəzəndə avtoxuliqanlar saxlanıldı

Cəmiyyət
Dünən, 09:15

Qəbələdə Moldova kollektivləri festivala rəng qatdılar

Hadisə
Dünən, 08:50

Şəkidə 58 yaşlı kişi yanaraq ölüb

Cəmiyyət
01 avqust 2026, 16:58

Məhkəmə Şabranın icra başçısına rədd cavabı verdi

Hadisə
01 avqust 2026, 15:46

Qaxda ağır qəza: Azyaşlı həyatını itirdi

Bütün xəbərlər
01 avqust 2026, 15:32

Quba xəstəxanasında fövqəladə hallar üzrə təlim keçirilib

Cəmiyyət
01 avqust 2026, 14:31

Ölkəmizin ən məşhur turizm yolu yenə yamaqlanır – Problem qalır

Cəmiyyət
01 avqust 2026, 13:04

İsmayıllıda zəncirvari qəza: Yaralı var

Cəmiyyət
01 avqust 2026, 12:42

Bakı–Quba yolunda təhlükəli davranan sərnişin cəzalandırıldı

İdman
01 avqust 2026, 11:42

"Quba" yox olur? - II Liqa təmsilçisinin yeni adı

Cəmiyyət
01 avqust 2026, 10:53

20 yaşlı şəhid qəhrəmanımız Rəfailin doğum günüdür

İqtisadiyyat
01 avqust 2026, 09:55

Siyəzən və Zaqatalada torpaq hərracları keçiriləcək – Qiymətlər açıqlandı

Cəmiyyət
01 avqust 2026, 09:04

Şamaxıda tarixi ziyarətgahın ətrafı zibilliyə çevrilib – Sakinlər narahatdır

Cəmiyyət
31 iyul 2026, 17:55

Şabranda məzunlar qəbul imtahanında fərqləndilər

Cəmiyyət
31 iyul 2026, 17:31

Zaqatalada küçə itləri təhlükəsi: Sakinlər küçəyə çıxmağa qorxur

Oxşar xəbərlər