top
Qubanın qeyrəti, Qafqazın taleyi: Əli bəy Zizikski
Video
09 fevral 2026, 17:51
- ↺ +

Qubanın qeyrəti, Qafqazın taleyi: Əli bəy Zizikski

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əli bəy Harun bəy oğlu Zizikski Qubanın tarixi şəxsiyyətlərindən biridir. O, 1876-cı ilin noyabrında Quba qəzasının Zizik kəndində anadan olub. Zizikskilər nəsli bölgədə savadlı və nüfuzlu ailə kimi tanınırdı. Atası Harun bəy təkcə torpaq sahibi deyil, eyni zamanda kənd təsərrüfatı və toxumçuluq sahəsində qabaqcıl biliklərə malik, yenilikçi bir şəxs idi.

Əli bəy Sankt-Peterburqda hərbi təhsil alıb və Çar Rusiyası ordusunda xidmət edərək kapitan rütbəsinə qədər yüksəlib. Arxiv sənədlərinə görə, o, rus dili ilə yanaşı ərəb, fars və fransız dillərini də bilirdi. Onun bacısı Umra xanım da Peterburqda ali təhsil alaraq Azərbaycan qadınları arasında tibb sahəsində ilk təhsilli mütəxəssislərdən biri olub.

1917-ci il Fevral inqilabından sonra Əli bəy Zizikski Zaqafqaziya Xüsusi Komitəsi tərəfindən Quba qəzasının komissarı təyin edildi. Onun müavini isə sonralar Sovet Azərbaycanının rəhbəri olacaq Mir Cəfər Bağırov idi. 1918-ci ilin mart-may aylarında Quba və ətraf bölgələrdə baş verən və ermənilərin törətdiyi qırğınlar zamanı Əli bəy yerli özünümüdafiə qüvvələrinin təşkilində əsas rol oynayıb, eyni zamanda Dağıstandan gələn qüvvələrlə əlaqə yaradaraq bölgənin müdafiəsini daha geniş miqyasda qurmağa çalışıb.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Zizikski parlament üzvü və Bakı qubernatorunun köməkçisi kimi çalışıb. Çəmbərəkənddə onun yaşadığı evin fasadında uzun illər kiril əlifbası ilə "АЗ" Əli Zizikski inisialları həkk olunmuşdu. Bu detal onun şəhər mühitində buraxdığı nadir və simvolik izlərdən biri hesab olunur. Həmin ev sonradan yenidənqurma işləri zamanı dəyişdirilib.

Sovet hakimiyyəti qurulduqdan sonra milli dövlətçilik fəaliyyəti və keçmiş mövqeyi səbəbindən təqiblərə məruz qalan Əli bəy Zizikski 1928-ci ildə həbs edildi. 1929-cu il 18 sentyabr tarixində isə güllələndi.  Onun həyatı təkcə bir hərbçi və siyasətçinin taleyi deyil, həm də Qubadan çıxmış ziyalı bir ailənin bütöv bir dövrün sınaqlarından keçən tarixi faciəsinin simvolu kimi dəyərləndirilir.


Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər