top
Yolsuzluq, qazsız həyat – Topbağ kəndi sakinləri çıxılmaz vəziyyətdə
Video
16 fevral 2026, 11:08
- ↺ +

Yolsuzluq, qazsız həyat – Topbağ kəndi sakinləri çıxılmaz vəziyyətdə

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qəbələ rayonunun Topbağ kəndində yaşayış üçün infrastrukturun demək olar ki, mövcud olmaması sakinləri çıxılmaz vəziyyətdə qoyub. Daha doğrusu, Bakıya və rayon mərkəzinə axın etməyə məcbur edir. 

Shimal.News-a daxil olan məlumata görə, rayon mərkəzindən 30 kilometr aralıda yerləşən kəndə aparan yol uzun illərdir əsaslı şəkildə təmir olunmur.

Sakinlərin sözlərinə görə, kəndə gedən yol indiyədək asfaltlanmayıb, yalnız 2015–2016-cı illərdə çınqıl örtüyü salınıb. Yağıntılı havalarda yol keçilməz hala düşür, nəqliyyatın hərəkəti çətinləşir. Rayon rəhbərliyinin kəndə səfəri planlaşdırılanda müvafiq qurumlar tərəfindən yoldakı çalalara "əl gəzdirilir", sonra eyni vəziyyət davam edir.

Topbağ əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Lakin yolun və qaz təminatının olmaması sosial vəziyyəti daha da ağırlaşdırıb.

"Kənd camaatı əsasən təsərrüfatla məşğuldur, amma şərait olmadığı üçün cavanların çoxu buranı tərk edib", – deyə sakinlər qeyd ediblər.

Bildirilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, yerli bələdiyyəyə və icra nümayəndəliyinə dəfələrlə müraciətlər olunsa da, problem həllini tapmayıb.

Qeyd edək ki, 2005-ci ildə inzibati ərazi vahidi kimi formalaşan Topbağ kəndində 2009-cu ilin siyahıyaalınmasına görə 532 nəfər əhali yaşayır. Kənddə 117 təsərrüfat, 460 hektar yararlı torpaq sahəsi mövcuddur. Fındıq bağları, əkin sahələri və heyvandarlıq kənd iqtisadiyyatının əsasını təşkil edir.

Sakinlər aidiyyəti qurumlardan yolun əsaslı təmir olunmasını və kəndin qazlaşdırılmasını xahiş edirlər.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər