top
Yanımızda partladı, gözümüzü açanda yerdə idik – Şəki sakini hadisə anından danışdı
Foto
20 iyun 2026, 15:50
- ↺ +

"Yanımızda partladı, gözümüzü açanda yerdə idik" – Şəki sakini hadisə anından danışdı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, iyunun 17-də Moskvanın "Sadovod" ticarət mərkəzi yaxınlığında pilotsuz uçuş aparatının (PUA) qəlpələrinin düşməsi nəticəsində iki Azərbaycan vətəndaşı yaralanıb.

Bizim.Median-nın məlumatına görə, zərərçəkənlərdən biri – Şəki rayonunun Kiçik Dəhnə kənd sakini, 35 yaşlı İslam Qabil oğlu Süleymanov baş verən hadisənin təfərrüatlarını danışıb.

O bildirib ki, 2013-cü ildən "Sadovod" bazarında çalışır və hadisə günü həmkarı Elnur Nəbiyevlə birlikdə güclü partlayışın təsirinə məruz qalıb.

"Səs eşitdik, pəncərədən baxanda bazarın yandığını gördük. İçəri buraxmırdılar, dronlar uçurdu. Evə qayıtmaq üçün körpüyə çıxmışdıq ki, birdən yanımızda nəsə partladı. Gözümüzü açanda yerdə idik. Özüm qalxanda gördüm ki, Elnurun vəziyyəti ağırdır, mənim isə üzümdən qan axır", – İslam Süleymanov deyib.

Onun sözlərinə görə, hadisədən sonra yoldan keçən avtomobillərdən biri onları polis əməkdaşlarının yanına çatdırıb, daha sonra isə təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılıblar.

Müayinələr zamanı məlum olub ki, qəlpələr onun sinə, qol, çiyin və üz nahiyəsinə xəsarət yetirib. Alın hissəsindəki qəlpə çıxarılsa da, çənəsində hələ də qəlpə qalıb. Bundan əlavə, qulaq pərdəsinin yırtıldığı müəyyən edilib.

İslam Süleymanov bildirib ki, daxili orqanlarında zədə aşkarlanmayıb və hazırda həyati təhlükəsi yoxdur. Həkimlər qulaq pərdəsinin bir ay ərzində sağalmayacağı təqdirdə cərrahi müdaxilənin lazım ola biləcəyini qeyd ediblər.

Onunla birlikdə yaralanan Elnur Nəbiyev isə hadisə günü xəstəxanadan evə buraxılıb. Bildirilir ki, onun qolunda sinirə yaxın yerləşən bir qəlpə hələ də qalır, digər qəlpələr isə çıxarılıb.

Hazırda hər iki zərərçəkən ev şəraitində müalicələrini davam etdirir.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər