Xudat-Nabran avtomobil yolunda xəsarətlə nəticələnən qəza baş verib. Bu barədə ShimalNews 25 iyul tarixində məlumat verir.
İstisu qəsəbəsi ərazisində "VAZ-2106" və "VAZ-2105" markalı minik avtomobilləri toqquşub.
32 yaşlı Elvin Səfərov, 23 yaşlı Seyid Şahbazov, 24 yaşlı Ağa Mirzəyev, 32 yaşlı Elşad Şahverdiyev və Aydın Əlimuradov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.