Xaçmazda gecə saatlarında yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 30 iyun tarixində məlumat verir.
Hadisə Bakı prospektində, yeni avtovağzalın yaxınlığında baş verib. “Qazel” və “Hyundai” markalı avtomobillər toqquşub. Nəqliyyat vasitələri yararsız hala düşüb.
Xəsarət alan olmayıb. Əraziyə YPX əməkdaşları cəlb olunub.
Şahidlər bildirirlər ki, “Hyundai” soğanla yüklü “Qazel”in qarşısına çıxıb. Nəticədə toqquşma baş verib.
[caption id="attachment_43813" align="alignnone" width="640"]
Photo Shimal.News[/caption]
[video width="352" height="640" mp4="https://shimal.news/storage/photos/2023/06/WhatsApp-Video-2023-06-30-at-00.14.53_1.mp4"][/video]