Xaçmazda yolu keçən piyadalar qəzaya düşüblər. Bu barədə ShimalNews 15 sentyabr tarixində Report-a istinadən məlumat verir.
Hadisə Bakı prospektində qeydə alınıb. Kimliyi məlum olmayan şəxs 34 yaşlı Ülviyyə Əmirxanovanı və 6 yaşlı Zəhra Əmirxanovanı yolu keçən zaman avtomobil ilə vurub.
Şollar kənd sakinləri Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Araşdırma aparılır.