Xudatda taxta elektrik dirəkləri aşıb. Bu barədə ShimalNews 13 avqust tarixində məlumat verir.
“Biri naqillərdə sallanıb, digəri isə qonşumun həyətinə düşüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb”, - deyə sakinlərdən biri bildirib.
Bu hal 1 may küçəsində baş verib. Sakinlər bu dirəklərin çoxdan çürüdüklərini deyir. Aşmağa səbəb isə küləkli hava şəraiti olub.
[caption id="attachment_22382" align="alignnone" width="300"]
Photo Shimal.News[/caption]