Xaçmazda avtomobilin sürücüsü davamlı şəkildə yol hərəkəti qaydalarını kobud şəkildə pozub və polis əməkdaşlarına tabe olmayıb. Bu barədə ShimalNews 24 iyun tarixində DİN-in Mətbuat Xidmətinə istinadən məlumat verir.
Mərkəzi küçələrdə hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin sürücüsü Ruhid Rəsulova Yol-Patrul Xidmətinin əməkdaşları tərəfindən “saxla” işarəsi verilib.
Sürücü polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayıb və təhlükəli manevrlərlə qaydaları pozmağa davam edib. Avtomobil uzun sürən tədbirlərdən sonra dayandırılıb.
Həmin şəxs ifadəsində əməllərini etiraf edib. Məhkəmənin qərarı ilə Ruhid Rəsulovun barəsində həbs qətimkan tədbiri seçilib.