Xaçmaz rayonunda qəza baş verib. Bu haqda ShimalNews 19 iyul tarixində Report-a istinadən məlumat verir.
İstisu kəndi ərazisində "Mercedes" markalı minik avtomobili motosikletlə toqquşub. Nəticədə motosikletçi aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.
34 yaşlı Turac Qaibxanovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Araşdırma aparılır.