Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda ShimalNews 22 iyul tarixində məlumat verir.
Susayqışlaq kəndində "Mercedes" markalı minik avtomobili və motosikl toqquşub. Nəticədə motosiklı idarə edən 33 yaşlı Rəhman Əliyev aldığı xəsarətlərdən yerindəcə həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.