Xaçmaz rayon sakini qəzaya uğrayıb. Bu barədə ShimalNews 15 avqust tarixində DİN-ə istinadən məlumat verir.
Hadisə ötən gün Siyəzən rayonunun Beşdam kəndi ərazisində baş verib. Xaçmaz rayon sakini R.Əmirbəyovun idarə etdiyi “KİA” markalı avtomobil, Yardımlı rayon sakini A. Mamedovun, Ağdam rayon sakini E. Qənbərovun, Sumqayıt şəhər sakini N. Sayıllının idarə etdikləri “Mercedes” markalı avtomobillər ilə toqquşub.
Yol-nəqliyyat hadisəsi nəticəsində Qənbərovun atası Rüstəm Qənbərov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.