Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews-a 28 iyul tarixində məlumat daxil olub.
Qəza Qusarçay kəndində (“Həyat inşaat”ın yanında) saat 12:20-də qeydə alınıb. “Mitsubishi”, “Mercedes” və “Toyota” markalı avtomobillər toqquşub.
Xəsarət alan olmayıb.
Sakinlər bildirirlər ki, həmin yerdə döngə var. Burada qəzalar tez-tez baş verir.