Xaçmazda saat 08:45 radələrində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda ShimalNews 19 iyul tarixində məlumat verir.
Qəza N.Nərimanov küçəsində baş verib. “Volkswagen” markalı minik və yük avtomobilləri toqquşub. Nəticədə həmin ərazidə sıxlıq yaranıb.
İlkin məlumata görə, xəsarət alan yoxdur. Əraziyə polis əməkdaşları cəlb ediliblər.